“Hollywood” restoranında kütləvi dava: Tiktoker DÖYÜLDÜ - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Binəqədi rayonu Azadlıq prospektində yerləşən "Hollywood" restoranında kütləvi dava olub.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə yanvarın 18-də şou-biznes nümayəndələrinə yaxınlığı ilə tanınan prodüser Kənan Məmmədovun ad günü məclisində qeydə alınıb.
Məclisdə iştirak edən Adel adlı tiktoker naməlum şəxslər tərəfindən döyülərək xəsarət alıb. Bildirilir ki, tiktokeri döyənlər adı müxtəlif qalmaqallarda hallanan və barəsində Binəqədi Rayon Polis İdarəsi tərəfindən bir neçə dəfə restoranlarda baş verən dava-dalaşlarla əlaqədar tədbir görülmüş iş adamı Bilal Əlizadə və onun yaxın çevrəsi olub.
Bilal Əlizadə "Star Baku", "Burju Baku", "Show Baku", "Badra Baku", "Tempo Club" restoranlar şəbəkəsinin rəhbəri kimi tanınır.
Məlumata görə, insident mübahisə zəminində baş verib. Belə ki, Bilal Əlizadə məclisdə iştirak edən qadınlardan birinə yaxınlaşaraq ona qızıl hədiyyə təqdim edib. Bundan sonra tiktoker Adel ona yaxınlaşaraq mübahisə edib. Bu zaman dava düşüb. Bilal Əlizadənin masasında əyləşən bloqer Ümid Kərimbəyli və Rəşad adlı şəxs Adelə fiziki zorakılıq tətbiq edərək ona xəsarət yetiriblər.
Məşhur iş adamı Şərurlu İsfəndiyara məxsus olan restoranın rəhbərliyi tərəfindən hadisə yerinə polis əməkdaşları çağırılıb.
DİN Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, paytaxtın Binəqədi rayonunda yerləşən restoranların birində insident baş verməsi ilə bağlı polisə müraciət daxil olub. Müraciət əsasında təhqiqat araşdırmalarına başlanılıb. Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi tədbir görüləcək.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Tiktoker həbs edildi
-
Hansı mallar ekspres daşınma ilə gömrükdən keçirilə bilməz?
-
25 kənddə qaz olmayacaq
-
Məşhur meyxanaçının qızı "Beniz"in məhkəməsində ifadə verdi: "Adımdan yazılanlara..."
-
Avtoxuliqanlıq edib videosunu sosial şəbəkədə paylaşan sürücü həbs edilib - VİDEO
-
Oktay Çubukun ürəyi dayandı
-
Bu halda gömrük pulu geri qaytarılmayacaq
-
Altı ay ərzində gömrükdə rəsmiləşdirilməyən avtomobillər dövlət mülkiyyətinə keçəcək
-
Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
-
3D texnikasında yeni baxış! “Nağılları Yaşadan İlmələr. Qarabağ xalçaları” eksklüziv kolleksiyası yaradılıb - FOTO
-
"Fənərbağça"da yeni baş məşqçi postuna iki iddialı ad gündəmdə
-
WUF13: Bakıda yollar üzrə müvəqqəti dəyişikliklər tətbiq olunacaq
-
Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
-
Gürcüstan Patriarxlığına üç əsas namizəd var
-
Azərbaycanda sığorta bazarı 5%-ə yaxın böyüyüb
-
Moskvada güclü YANĞIN: 8 nəfər ölüb - VİDEO - YENİLƏNİB
-
74 yaşlı Bülent Ersoya NƏ OLUB? - Video müzakirə yaratdı
-
Mədəniyyət sahəsində layihələrin maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası müəyyənləşdiriləcək
-
Yetkinlik yaşına çatmayanların əməllərinə görə kim cavabdehdir? - AÇIQLAMA
-
Hikmət Mirzəyev türkiyəli həmkarı ilə görüşdü
-
BƏƏ OPEC-dən çıxır
-
"Məni düşündürən başqa şeydir"
-
"Yarım saat üçün Aysun da, mən də 4000 manat ALIRIQ"
-
Bazarda qiymətlər QALXDI - Bahalaşan MƏHSULLAR





