Bu hal cinayət hesab olunacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlətə məxsus olan hüquqi şəxslərin vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayət hesab olunacaq.
Milli.Az xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, dövlət büdcəsinin, məqsədli büdcə fondlarının, büdcədənkənar dövlət fondlarının və ya dövlətə məxsus olan hüquqi şəxslərin vəsaitindən təyinatı üzrə istifadə etməmə, bu əməllər xeyli miqdarda törədildikdə cinayətin predmetinin dəyərinin (təyinatından kənar istifadə olunan vəsaitin) 100 faizi miqdarında (hazırda bu cərimə 9000 manatdan 13 min manatadəkdir) cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Eyni əməllər külli miqdarda törədildikdə cinayətin predmetinin dəyərinin (təyinatından kənar istifadə olunan vəsaitin) 100 faizi miqdarında cərimə edilməklə, 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Mövcud qanunvericiliyə görə, eyni əməllər külli miqdarda törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Yuxarıda nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayətin predmetinin dəyərini (təyinatından kənar istifadə olunan vəsaiti) tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunacaq.
Yuxarıda "dövlətə məxsus olan hüquqi şəxslər" dedikdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan kommersiya hüquqi şəxsləri, dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər, habelə qeyd olunan hüquqi şəxslərin yaratdığı paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə həmin hüquqi şəxslərə məxsus olan törəmə təsərrüfat cəmiyyətləri, qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər nəzərdə tutulacaq.
Yuxarıda "xeyli miqdar" dedikdə 50 min manatdan 250 min manatadək olan məbləğ, "külli miqdar" dedikdə isə 250 min manatdan yuxarı olan məbləğ başa düşülür.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edənlərə hökm oxundu
-
Qaxda bıçaqlanma
-
"Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu
-
Şəmkirdə 12 yaşlı qızı bacısı öldürübmüş - (Yenilənib)
-
Ata-anasını döydüyünə görə qardaşını öldürdü, oğlu şikayətçi olmadı
-
Bankdan 200 minlə çıxan şəxsi soydular - (Video)
XƏBƏR LENTİ
-
Türkiyədə bələdiyyəyə korrupsiya əməliyyatı - 21 nəfər saxlanıldı
-
Azərbaycan nefti 96 dollara düşdü
-
Ağdamdakı yanğınları törətməkdə şübhəli bilinən şəxs saxlanıldı - (Video)
-
AMB 4 avqustun rəsmi valyuta məzənnələrini açıqladı
-
Neft qiymətlərində növbəti artım qeydə alındı
-
Güzəştli mənzillər satışa çıxarılır
-
Tualet kağızı tarixə qovuşur: Yüzillik vərdiş dəyişir
-
Bu 5 dərmanı əsla avtomobilin əşya qutusunda saxlamayın
-
Soyuducuya dəfnə yarpağı qoyun çağırışı
-
Vəkil manipulyativ şəxsi dərhal susduran 3 ifadəni açıqladı
-
Rəqsanə həbsxanadakı günləri barədə: "Hər gün yanıma dörd sərçə gəlirdi"
-
Xəyanət birdən-birə baş vermir: Kişilər aldatmağa məhz belə başlayırmış
-
Pendiraltı suyu nədir və faydaları nələrdir?
-
Ceki Çan Bakıda (Foto)
-
Meyvələrin üzərindəki ağ təbəqə kir deyilmiş: Mütəxəssislər əsl səbəbi açıqladı
-
“Çelsi” Kukurelyanın yerinə Çavarriyanı transfer etdi
-
Zalujnı: Ukrayna heç vaxt NATO-ya üzv olmayacaq
-
Gəncədə təcili yardım maşını qəzaya düşdü (Video)
-
Ulduz hücumçu "Barselona"ya keçmək üçün maaşını endirməyə hazırdır
-
Sabah bəzi ərazilərdə işıq olmayacaq
-
Türkiyə klubu Nəriman Axundzadənin transferini elan etdi - Yenilənib
-
Türk gəmisi vuruldu - ağır yaralılar var - Yenilənib - (Video)
-
Günün qoroskopu: Reallıq ilə xəyal dünyası arasındakı sərhədlər itir
-
Qardaşı oğlu ilə dənizdə batan Arisin (Fotosu)





