Kriminal

"Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu

25 İyul 2026 18:45
Baxış: 425
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakıda azyaşlılar hindistanlı turisti qarət ediblər.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Nizami küçəsində (Torqovı), Fəvvarələr Meydanında baş verib.

İttiham aktına görə, 12 yaşlı Nazlı və qohumu 14 yaşlı Məzahir (şərti adlar) qeyd olunan əraziyə salfet satmaq üçün gəliblər. Məlumata görə, onları bura Nazlının atası Hüseyn və atasının xalası oğlu Məsud (şərti adlar) gətiriblər. Uşaqlar Fəvvarələr Meydanında, "Mado" restoranı və "Piano Parfum" mağazasının qarşısında hindistanlı turistin külli miqdarda pulu olduğu görüblər. Onlar bu barədə Hüseyn və Məsuda məlumat veriblər. Bundan sonra çiyinlərində məktəbli çantaları olan həmin azyaşlılar böyüklərinin göstərişi ilə turistin yanına gedib və hərəsi bir qolundan tutaraq, ona sarılıblar. Bu zaman uşaqlar zərərçəkənin 550 manat pulunu oğurlayıblar.

Faktla bağlı azyaşlılar, həmçinin Məsud və Hüseyn saxlanılıblar. Məsudla Hüseyn barəsində oğurluq və yetkinlik yaşına çatmayanı cinayətə cəlbetmə maddələri ilə cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə Hüseyn 4 il 3 ay, Məsud isə 3 il 3 ay müddətinə həbs olunublar.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.