Ölkə

Anası tərəfindən zəncirləndiyi deyilən 17 yaşlı oğlan müəssisəyə yerləşdiriləcək

25 İyul 2026 19:26
Baxış: 429
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Anası tərəfindən zəncirləndiyi deyilən 17 yaşlı oğlan müəssisəyə yerləşdiriləcək.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev açıqlama verib.

Onun sözlərinə görə, çətin həyat şəraiti ilə qarşılaşan 17 yaşlı oğlanla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunub:

"Yeniyetmənin mövcud vəziyyəti qiymətləndirilib. Aidiyyəti qurumlarla koordinasiyalı şəkildə iş aparılıb və oğlan müvafiq səhiyyə müəssisəsinə yerləşdirilib. Uşağın müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə o, daimi qayğı ilə əhatə olunması üçün Sosial Xidmətlər Agentliyi tərəfindən qanunvericiliyə uyğun olaraq müvafiq uşaq müəssisəsinə yerləşdiriləcək" - Sərvər Abdullayev bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə uşağın anası tərəfindən zəncirlədiyi barədə məlumat yayılıb. Yayılan məlumata görə, uşaq illərlə bağlı saxlanılaraq normal qidalanmadan, təhsildən və sosial mühitdən məhrum edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli isə mövzu ilə bağlı açıqlamasında uşağın anası tərəfindən uzun müddət zəncirlənmiş vəziyyətdə saxlanılması ilə bağlı məlumatların araşdırıldığını bildirib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.