İspaniyanın "Barselona" klubu gələcəkdə Robert Levandovskini əvəzləmək məqsədilə misirli gənc futbolçunun transferi ilə bağlı razılığa gəlib.
Milli.Az-ın məlumatına görə, katalon təmsilçisinin diqqət mərkəzində 18 yaşlı hücumçu Hamza Kərim dayanır.
Bildirilir ki, klub rəhbərliyi futbolçu və onun agenti ilə bir neçə görüş keçirib və aparılan danışıqlardan sonra tərəflər razılaşma əldə ediblər.
Hazırda "Barselona" Hamza Kərimin transferini rəsmiləşdirmək üçün onun çıxış etdiyi Misir klubu ilə danışıqları davam etdirir.
Hüseyn
Milli.Az





