Hadisə

Nəsib Bəy Yusifbəylinin yaxını vəfat ETDİ

3 Aprel 2026 10:20
Baxış: 358
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri (1919-1920), publisist Nəsib Bəy Yusifbəylinin bacısı nəvəsi vəfat edib.

Milli.Az xəbər verir ki, tarixi şəxsiyyətin bacısı nəvəsi Rafat Cuvarlinski Gəncədə dünyasını dəyişib.

Uzun illər həmkarlar ittifaqı qurumlarında çalışan R.Cuvarlinski 2013-cü ildə ölkənin sosial-ictimai həyatında göstərdiyi xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

Qeyd edək ki, Rafat Cuvarlinski həm ana, həm də ata tərəfdən tanınmış nəslin nümayəndəsi olub. Hər iki nəslin xeyli nümayəndəsi Stalin repressiyasına məruz qalıb. Nəsib Bəy Yusifbəyli isə 31 may 1920-ci ildə Xalq Cümhuriyyətinin süqutundan sonra Kürdəmir yaxınlığında quldurlar tərəfindən qətlə yetirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.