İran

İranın "Starlink"i necə blokladığı üzə çıxdı: tarixdə ilk dəfə belə bir üsul tətbiq edildi

17 Yanvar 2026 23:27
Baxış: 553
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın daxili etirazlar zamanı İlon Maskın "Starlink" peyk internet sistemini sıradan çıxarmaq üçün kosmosda peyklərə qarşı birbaşa elektron müdaxilə etdiyi məlum olub. Mütəxəssislərin fikrincə, bu, bəşər tarixində bir ölkənin peyk siqnallarını birbaşa kosmik orbitdə bloklamasına dair ilk nümunədir.

Milli.Az xəbər verir ki, adətən ölkələr interneti yerüstü stansiyalar və ya provayderlər səviyyəsində kəsirlər. Lakin İran "Uplink Jamming" (yuxarı ötürmənin boğulması) texnikasından istifadə edərək birbaşa kosmosdakı "Starlink" peyklərini hədəf alıb. Bu üsulla peykin özünə elə güclü və saxta siqnallar göndərilir ki, peyk yerüstü terminallardan (boşqablardan) gələn həqiqi siqnalları qəbul edə bilmir.

"Starlink" sisteminin üstünlüyü onun yerdəki kabellərdən asılı olmamasıdır. Lakin İranın tətbiq etdiyi bu üsul peykin yerlə rabitə qurmasını texniki olaraq imkansız hala gətirib. Bu, sadəcə bir bölgəni deyil, həmin peykin əhatə dairəsində olan bütün terminalları internetdən məhrum edib.

Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) və digər qlobal qurumlar bu hadisəni "kosmosun təhlükəsizliyinə təhdid" kimi qiymətləndiriblər. Çünki bu növ müdaxilələr təkcə interneti kəsmir, həm də digər mülki və elmi peyklərin fəaliyyətinə ciddi maneələr yarada bilir.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.