Dünya

"Qrenlandiyanı Rusiya təhdidindən qoruyacağıq"

22 Yanvar 2026 20:31
Baxış: 314
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Biz NATO-dan imtina etməməliyik.

Milli.Az xəbər verir ki, bu sözləri Almaniya Kansleri Fridrix Merts Davos Forumunda deyib.

Kansler artıq Avropanın özünü sərbəst müdafiə etməsinin vaxtı çatdığını bildirib.

"Biz Avropada özümüzü müstəqil şəkildə müdafiə edə biləcək qabiliyyətə sahib olmalıyıq. Hazırda bizi həssas edən asılılıqları azaltmaq istəyirik", - Merts qeyd edib.

O, bunun üçün hərbi müdafiəyə ciddi investisiyanın yatırılmasının vacibliyini vurğulayıb və bildirib ki, Almaniya artıq bu istiqamətdə addımlar atır: "Özümüzü müdafiə etmək qabiliyyətimizə kütləvi sərmayə qoymalıyıq. Biz bunu artıq edirik".

Merts Avropa ərazilərinin zorla ələ keçirilməsinin qəbuledilməz olduğunu, Danimarkanın və Qrenlandiyanın Rusiya təhdidindən qorunacağını da vurğulayıb: "Biz Danimarka və Qrenlandiyanı Rusiya tərəfindən yaranan təhdiddən qoruyacağıq".

Milli.Az
 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.