İdman

ÇL: Medina bu göstəricidə ilk "5-lik"də!

22 Yanvar 2026 17:10
Baxış: 408
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın müdafiəçisi Kevin Medina UEFA Çempionlar Liqasının əsas mərhələsində ən çox top qazanan futbolçuların siyahısında yer alıb.

Milli.Az-ın məlumatına görə, 32 yaşlı oyunçu bu göstəriciyə görə 5-ci pillədə qərarlaşıb.

Kolumbiyalı futbolçu Liqa mərhələsindəki 7 matçda 52 dəfə buna nail olub.

İlk sırada İspaniyanın "Atletik" klubundan Aytor Parades (68) yer alıb. İtaliyanın "Atalanta" komandasından Odilon Kossunu (56) ikinci, Qazaxıstan təmsilçisi "Kayrat"da çıxış edən Yeqor Sorokin (54) üçüncü, Çexiyanın "Slaviya" klubundan David Zima (53) dördüncüdür.

Qeyd edək ki, "Qarabağ" ötən gün Çempionlar Liqasının Liqa mərhələsinin VII turunun oyununda Almaniyanın "Ayntraxt" (Frankfurt) komandasını 3:2 hesabı ilə üstələyib. /report

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.