Cəmiyyət

Sabah Ordubadda işçıq olmayacaq

22 Yanvar 2026 19:52
Baxış: 303
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sabah Ordubad rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr olacaq.

Milli.Az-ın məlumatına görə, sabah "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.

Bununla əlaqədar Düylün 35/10 kV-luq yarımstansiyadan çıxan Aza 10 kV-luq elektrik xətti razılaşdırılmış sifariş əsasında açılacaq.

Aparılacaq işlərlə əlaqədar Aza, Azad və Dar kəndlərində saat 12:00-dan 15:00-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Qeyd edək ki, təmir işləri enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların aparılması məqsədilə həyata keçirilir. Bu çərçivədə müxtəlif ünvanlarda elektrik xətləri və yarımstansiyalarda mərhələli təmir işlərinin görülməsi nəzərdə tutulur.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.