İdman

"Qalatasaray"la oyunda meydanı tərk etmələrinin PƏRDƏARXASI

10 Fevral 2025 15:38
Baxış: 894
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qalatasaray" - "Adana Dəmirspor" matçının 30-cu dəqiqəsində meydanı tərk edən qonaq komandanın bu addımı nə üçün atmasının səbəbi bəlli olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Adana Dəmirspor"un sabiq prezidenti Murat Sancak bu qərarı özünün qəbul etdiyini və komanda meydanı tərk etmədən öncə məsələ ilə bağlı Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğluna məlumat verdiyini bildirib.

Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu Murat Sancakla telefon danışığı zamanı "Adana Dəmirspor" klubunun sabiq prezidentinin qərarının doğru olduğunu və onu dəstəklədiyini deyib.  

Qeyd edək ki, "Qalatasaray" - "Adana Dəmirspor" matçı meydan sahiblərinin 1:0 üstünlüyü ilə davam edərkən qarşılaşma 30-cu dəqiqədə qonaq komandanın meydanı tərk etməsi nəticəsində dayandırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.