İdman

Millimizin kapitanı narkotikdən TANINMAZ HALA düşdü - VİDEO

30 Yanvar 2025 12:24
Baxış: 2 174
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həndbol üzrə milli komandamızın sabiq üzvü və kapitanı İranə Yaqubova narkomaniyanın növbəti qurbanlarından biri olub.

Milli.Az xəbər verir ki, bu barədə tanınmış bloger Nail Kəmərli sosial şəbəkədə paylaşım edib.

İdman ustası, "Azəryol" və ABU klublarınında üzvü olan 33 yaşlı həndbolçu 4 ildir narkotik maddələr qəbul etdiyini bildirib. Düşdüyü vəziyyətə görə peşman olan Yaqubova qadınlar üçün reabilitasiya mərkəzində bərpa prosesi keçəcək.

O, sağlam həyata qayıtdıqdan sonra idmana dönmək arzusunda olduğunu da bildirib.

Qeyd edək ki, İranə Yaqubova hücumçu mövqeyində çıxış edib. O, gənc yaşlarında sərgilədiyi oyunla ulduzlaşıb. Hətta Avropa "Challenge Cup" turnirnin bombardilərindən də olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.