İdman

BOK Paris Olimpiadasının açılış videosunu öz resurslarından sildi

28 İyul 2024 15:15
Baxış: 792
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynəlxalq Olimpiya Komitəsi Parisdə keçirilən Olimpiya Oyunlarının açılış mərasiminin əsas fraqmentlərinin yer aldığı videonu rəsmi resurslarından silib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  video BOK-un rəsmi saytında və ya yutub kanalında mövcud deyil.

Qeyd edək ki, Olimpiadanın açılışı ciddi tənqid olunub. Xüsusən də mərasimin təşkilatçıları Leonardo da Vinçinin "Son şam yeməyi" tablosunun parodiyasına görə dindarlara hörmətsizlikdə ittiham olunublar.

Xatırladaq ki, Olimpiya Oyunları iyulun 26-da başlayıb, yarışlar avqustun 11-dək davam edəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.