İdman

Messi zədəsindən danışdı: Qorxu həmişə...

5 İyul 2024 17:45
Baxış: 424
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Argentina millisinin hücumçusu Lionel Messi Amerika Kuboku zamanı onu narahat edən zədəsindən danışıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, o, təhlükənin həmişə olduğunu bildirib.

"Bir həftə ərzində narahatlıq və ağrıdan qurtulmağa çalışdım. Yavaş-yavaş məşq etdim və son seanslarımda özümü daha yaxşı hiss etdim. Əlbəttə ki, belə vəziyyətlərdə zədəni ağırlaşdıran psixoloji qorxu həmişə var. Lakin artıq əzələ narahatlığı yox idi. Skaloni oynamağa hazır olub-olmadığımı soruşdu. Mən ağrım olmadığını qeyd etdim", - deyə Messi əlavə edib.

Çili ilə oyunda sağ bud nahiyəsindən zədə alan 37 yaşlı argentinalı qrup mərhələsinin son oyununda Peru ilə matçda iştirak etməyib.

Qeyd edək ki, Amerika Kubokunun 1/4 finalında Ekvadorla matçda (1:1, pen-4:2) Messi meydanda 90 dəqiqə keçirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.