İdman

Luçano Spalletti: Mübarizəni bu mərhələdə dayandırmaq istəməzdik

30 İyun 2024 00:51
Baxış: 705
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mübarizəni bu mərhələdə dayandırmaq istəməzdik.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu İtaliya millisinin baş məşqçisi Luçano Spalletti İsveçrəyə qarşı AVRO-2024-ün 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis 1/4 finala vəsiqə qazana bilmədikləri üçün məyus olduqlarını bildirib:

"İspaniya və İsveçrə yığmaları çox yaxşı ötürmə etməyi bacaran komandalardır. Hər iki kollektivə məğlub olmağımızın əsas səbəbi bu idi. Sürətli futbolçularımız azdır. Müasir futbolda komandalar pressinq etməyi və aqressiv oynamağı sevirlər. Mübarizəni bu mərhələdə dayandırmaq istəməzdik".

Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsində İsveçrəyə 0:2 hesabı ilə məğlub olan İtaliya turnirlə vidalaşıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.