İdman

"Tək Kvaratsxeliya İspaniya millisindən güclüdür"

29 İyun 2024 21:45
Baxış: 588
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan millisinin qapıçısı Giorgi Mamardaşvili Avro-2024-ün 1/8 finalının İspaniya ilə oyunu öncəsi maraqlı açıqlama ilə gündəmə gəlib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, Gürcüstan yığmasının yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanın bütün İspaniya millisindən güclü olduğunu deyib:

"Mən bir gürcü kimi onun fanatıyam. O, "Qızıl top"u qazana bilər. İspaniyaya hörmət edirəm. Amma Kvaratsxeliya bütün İspaniya millisindən güclüdür. Mən bunu Gürcüstan millisinin oyunçusu kimi deyirəm".

Qeyd edək ki, İspaniya - Gürcüstan oyunu sabah keçiriləcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.