İdman

Mayk Taysonla Paul arasında boks döyüşü təxirə salınıb

1 İyun 2024 08:45
Baxış: 697
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Keçmiş mütləq dünya çempionu amerikalı Mayk Taysonla həmyerlisi bloger Ceyk Pol arasında keçiriləcək boks görüşü təxirə salınıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə döyüşün təşkilatçısı olan "Most Valuable Promotions"un mətbuat xidməti məlumat yayıb.

Döyüş iyulun 20-də Vaşinqtonda (ABŞ) baş verməli idi.

"Təəssüf ki, Pol və Tayson arasında çoxdan gözlənilən döyüş təxirə salınacaq. Həkimlərlə məsləhətləşmələrdən sonra Taysona bir neçə həftə ərzində minimal fiziki fəaliyyət tövsiyə olunub, bundan sonra o, tam məşqlərə qayıda bilər. Mayk və Ceyk hər iki idmançının döyüşə yaxşı formada gəlmək üçün bərabər şəraitə ehtiyacı olduğu barədə razılığa gəldilər", - bəyanatda deyilir.

Qeyd olunub ki, döyüşün yeni tarixi iyunun 7-dən əvvəl açıqlanacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.