İdman

Azərbaycanın daha bir güləşçisi Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

9 May 2024 22:30
Baxış: 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Rafiq Hüseynov (87 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, 35 yaşlı təcrübəli idmançı buna Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində finala vəsiqə qazanmaqla nail olub.

O, yarımfinal mərhələsində gürcüstanlı Laşa Qobadzeyə qalib gəlib.

Qeyd edək ki, daha əvvəl Murad Məmmədov olimpiya lisenziyasına sahib çıxıb.

Beləliklə, Azərbaycan olimpiadaya 22-ci lisenziyanı qazanıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.