İdman

Modriç “Real”ın tarixinə düşdü

1 May 2024 14:00
Baxış: 616
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Luka Modriç "Real"ın tarixinə düşüb. Dünən Münhendə "Bayern"ə qarşı oynayan xorvat yarımmüdafiəçi klubun Çempionlar Liqasında forma geyən ən yaşlı futbolçusu olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 2:2 hesabı ilə bitən ilk yarımfinal görüşündə meydana ayaq basarkən Modriç 38 yaş 234 günlüyündə olub. Bununla da madridlilərin əfsanəsi Ferents Puşkaşın 1965-ci ildən davam edən rekordu 5 gün yenilənib.

Luka eyni zamanda qitənin ən nüfuzlu turnirində oynamış qocaların siyahısında ilk "üçlüy"ə düşüb. Hazırda xorvat futbolçudan öndə iki italiyalı sabiq müdafiəçi var. Paolo Maldini 38, Alessandro Kostakurta 40 yaşı olarkən ÇL-də top qovub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.