İdman

İngiltərə Premyer Liqası: “Liverpul” evdə “Kristal Pelas”a məğlub olub

14 Aprel 2024 19:42
Baxış: 681
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Premyer Liqasının 33-cü turu çərçivəsində "Liverpul" "Enfild"də Londonun "Kristal Pelas"ını qəbul edib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, oyunu hakim Kris Kavan idarə edib.

Oyunda hesab erkən açılıb: 14-cü dəqiqədə Ebereçi Eze dəqiqə zərbə ilə qonaqları sevindirib. Oyunun birinci hissəsi, demək olar, bərabər mübarizədə keçib, hesab dəyişməyib.

İkinci hissədə "Liverpul"un nəhəng üstünlüyü müşahidə olunub. Ev sahiblərinin çoxsaylı cəhdlərinə baxmayaraq, Din Henderson qapısını toxunulmaz saxlayıb.

Beləliklə, son matçda evdə "Atalanta"ya böyük hesabla yenilmiş "qırmızılar" bu dəfə "Kristal Pelas"a məğlub olub - 0:1.

Qeyd edək ki, 32 oyundan sonra "Liverpul"un 71 xalı var, komanda üçüncü pillədə qərarlaşıb. Bu məğlubiyyətə baxmayaraq, Yürgen Kloppun yetirmələrinin çempionluq şansları qalır. Onları lider "Mançester Siti"dən 2 xal ayırır, bir oyun az oynamış "Arsenal"la isə eyni xala malikdirlər. "Kristal Pelas" isə 32 oyuna 33 xal toplayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.