İdman

Superliqada döyülən hakim Avroliqanın 1/4 finalına təyinat aldı

9 Aprel 2024 19:03
Baxış: 711
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA türkiyəli hakim Halil Umut Meleri  Avropa Liqasının 1/4 finalının "Liverpul" - "Atalanta" ilk matçının baş hakimi təyin edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, Melerin köməkçiləri Mustafa Emre Eyisoy ve Kerem Ersoy olacaqlar. Dördüncü hakim funksiyasını Arda Kardeşler yerinə yetirəcək.

"Liverpul" - "Atalanta" görüşü aprelin 11-də  Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.

Qeyd edək ki, "Ankaragücü" - "Çaykur Rizespor" matçının sonunda birincilərin prezidenti Faruk Koca hakim Halil Umut Melerə yumruq vurmuşdu.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.