UEFA türkiyəli hakim Halil Umut Meleri Avropa Liqasının 1/4 finalının "Liverpul" - "Atalanta" ilk matçının baş hakimi təyin edib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, Melerin köməkçiləri Mustafa Emre Eyisoy ve Kerem Ersoy olacaqlar. Dördüncü hakim funksiyasını Arda Kardeşler yerinə yetirəcək.
"Liverpul" - "Atalanta" görüşü aprelin 11-də Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.
Qeyd edək ki, "Ankaragücü" - "Çaykur Rizespor" matçının sonunda birincilərin prezidenti Faruk Koca hakim Halil Umut Melerə yumruq vurmuşdu.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun