İdman

“Neftçi”nin hücumçusuna ağır cəza

9 Aprel 2024 15:20
Baxış: 414
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AFFA İntizam Komitəsi "Neftçi-2"nin futbolçusu Ağadadaş Salyanskini 4 oyunluq cəzalandırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna oyunçunun Əvəzedicilər Liqasında "Sumqayıt-2" ilə matçın 90+5-ci dəqiqəsində qeyri-etik ifadə və ya hərəkətə (rəsmi şəxsə qarşı qeyri-etik jest etdiyinə görə) yol verməsi səbəb olub.

"Ağ-qaralar" forvarda görə 300 manat ödəyəcək. Salyanskinin komanda yoldaşı Elcan Əbilov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 qarşılaşmanı buraxacaq. Paytaxt təmsilçisi bu səbəbdən 50 manat cərimələnib.

"Neftçi" bu görüşdə 6 oyunçusu sarı vərəqə aldığı üçün 70 manat, Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə 100 manat, qarşılaşma bitdikdən sonra təhlükəsizlik tam təmin olunmadığından 400 manat ziyana düşüb.

"Gənclik şəhəri" təmsilçisi bu matçda 5 futbolçusu sarı vərəqə aldığı üçün 70 manat cərimələnib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.