İdman

FIFA bəzi Türkiyə klublarına transfer qadağası qoydu

21 Mart 2024 10:25
Baxış: 794
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

FIFA Türkiyədən altı klubun transferlərinə qadağa qoyulmasına qərar verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bir Superliqa komandasına qeyri-müəyyən müddətlik transfer qadağası, dörd Super Liqa və bir 1-ci Liqa komandasına üç transfer dövrü ərzində qadağa qoyulub.

Super Liqada "Kayserispor"a qeyri-müəyyən transfer, "Adana Dəmirspor", "Antalyaspor", "Ankaragücü" və "Konyaspor"a isə 3 transfer müddətinə qadağa qoyulub.

Superliqa komandalarından başqa, 1-ci Liqada liderliyini davam etdirən "Eyüpspor" da 3 müddətlik cəza alıb.

Qərardan sonra "Eyüpspor" sosial şəbəkədə cəzanın 24 saat ərzində ləğv ediləcəyini açıqlayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.