İdman

Türkiyə nəhəngi Qurban Qurbanovla maraqlanır

18 Mart 2024 09:44
Baxış: 1 340
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov daha bir klubun maraq dairəsinə düşüb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, 52 yaşlı mütəxəssis "Beşiktaş"ı çalışdırmağa namizəd ola bilər.

Türkiyə klubunun futbol direktoru Samet Aybaba onu komandasında görməyin tərəfdarıdır. Avropa Liqasının 1/8 final mərhələsinin "Bayer" - "Qarabağ" oyununa (3:2) yollanan mütəxəssisin əsas işi futbolçuları izləmək olsa da, Aybaba daha çox baş məşqçinin işinə heyran olub. O, baş məşqçi və iki oyunçu barədə müsbət fikrə gəlib. Mütəxəssis Abdullah Zubir və Juninyonu da gözaltı edib.

"Fotospor"un iddiasına görə, mövsümün sonunda müqaviləsi başa çatacaq Okan Buruk ("Qalatasaray") və İsmail Kartalı ("Fənərbaxça") da Qurbanovun əvəzləməsi mümkündür. Lakin "Beşiktaş"ın Fernando Santosu istefaya göndərməsi gözlənilən olduğundan Aybaba onun yerinə azərbaycanlı mütəxəssisin gətirilməsimdə maraqlıdır.

Qeyd edək ki, 2008-ci ildən "Qarabağ"ı çalışdıran Qurbanov Avropanın digər klublarının da maraq dairəsindədir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.