İdman

"Real" Arda ilə bağlı istədiyi təklifi aldı - Bu kluba gedir

1 Mart 2024 11:47
Baxış: 1 134
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real Madrid" Arda Gülerlə bağlı yeni təklif alıb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, klub əsas heyətdə yer ala bilməyən Ardanı icarəyə göndərməyi nəzərdən keçirir. İspaniya mediasının məlumatına görə, "Las Palmas" klubu Arda ilə bağlı "Real"a diqqətçəkən təklif irəli sürüb. "Las Palmas" Arda Gülerə komandada mühüm rol verməyi təklif edib. "Las Palmas" Ardaya əsas heyətdə oyun zəmanəti verib. Məlumata görə, "Real" Ardanı başqa ölkəyə göndərməkdənsə İspaniyada qalaraq onun yaxından izləməyə üstünlük verir.

"Real" Ardanın ölkəyə uyğunlaşmasını təmin etmək və lazımi təcrübə qazanmasını istəyir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.