Səudiyyə Ərəbistanı "Əl-Hilal"ının hücumçusu Neymar onunla intim münasibətdə olduğunu iddia edən qıza qarşı məhkəmə iddiası qaldırıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, söhbət Sofiya Barkleydən gedir. S.Barkley iddia edir ki, 2021-ci ildə gecə klublarından birində Neymarla intim münasibətdə olub. Sofiya buna görə hücumçunun fanatları tərəfindən hədələndiyini bildirib.
Neymar isə Sofiyanın iddialarına etiraz edib. Forvard mənəvi ziyana görə 18 min avro təzminat tələb edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun