Azərbaycandakı qəbr daşları ilə bağlı ilginc FAKT: "Heç bir müsəlman ölkəsində yoxdur, dinsizliyin əlamətidir"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda qəbir daşlarının şəkilli və bahalı formada hazırlanması ilə bağlı son illər cəmiyyətdə müzakirələr səngimir.
Məsələ ilə bağlı Milli.Az-a açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, ölkəmizdə qəbir daşlarına şəkil vurmaq adəti Sovet vaxtı keçib və heç bir müsəlman ölkəsində bu ənənə yoxdur:
"Bu, dinsizliyin əlamətidir. Yəni, adamlar axirətə inanmır, yalnız bu dünyada xatirəsini əbədi saxlamaq üçün belə işlər görürlər. Burada həm də şöhrətbazlıq, bəhsə girmək, sosial status nümayiş etdirmək meyli var ki, bunların hamısı günahdır. Türkiyədə və digər müsəlman ölkələrində, ərəb ölkələrində də belə qayda yoxdur".
Tural İrfan qeyd edib ki, qəbiristanlıq şöhrət meydanı deyil, ibrət yeridir:
"Qəbristanlıq insanın faniliyini xatırladan məkandır. Qəbirləri bəzəmək, məzarlıqları movzoleyə çevirmək həm dinimizə, həm də milli məfkurəmizə ziddir. Məzar sadə olmalı, yalnız itməməsi üçün adi bir nişangah qoyulmalıdır. Müsəlman axirətə və dirilişə inandığı üçün bu dünyada qəbrini dəbdəbəli etməz".
İlahiyyatçı hazırda bəzi məmurların və imkanlı şəxslərin qəbiristanlıqlarda böyük ərazilər zəbt etdiyini, bahalı mərmər və abidələr ucaltdığını bildirib və bunu da tənqid edib:
"Haram pullardan məzarlıqlarda böyük ərazilər zəbt edib böyük və bahalı mərmərlər, qiymətli abidələr qoyurlar. Bunun da qarşısı alınmır. Kasıb da ölüsünü dəfn etməyə bəzən yer tapa bilmir. Harın və talançı xarakterli şəxslər o dünyada da kasıbın yerini dar edirlər. Bu, vəhşi mağara təfəkkürü, qəbilə ənənəsidir".
Tural İrfan bu məsələdə din xadimlərinin də məsuliyyət daşıdığını bildirib:
"Mirzə Cəlilin vaxtından minbərlərdən fars nağılları danışdılar, sünni-şiə mübahisələrinə girişdilər, xurafata və mövhumata mürtəkib oldular. Belə məsələlərdən əhalini ilk növbədə din xadimləri çəkindirməlidir. Qəbir daşları vasitəsi ilə sosial statusun, maddi imkanın, vəzifəsinin nümayiş etdirilməsi doğru deyil. İslam barəbərliyi, ədaləti tərənnüm edir. Qəbrə şəkil vurmaq, müasir avadanlıqlarla təchiz etmək, bahalı və dəbdəbəli imarətlər tikmək həm dinimizə həm də milli ənənələrimizə ziddir".
İlahiyyatçı hesab edir ki, bunun ləğvi üçün gərək dövlətin aidiyyəti qurumları qanun qəbul etsin. Əks halda qəbiristanlıqlardakı israf və özbaşınalıq böyük fəsadlar yaradacaq:
"İnsan öləndən sonra onun əməli qalır və savab üçün də yaxınları xeyriyyə işləri görməlidir, bulaq tikib yol çəkməlidir. Məzarlığa milyardları yığmaq və hədər israfçılıq vəhşilik, görməmişlik, mağara düşüncəsidir. Başqaları varlananda, savadlananda xalq üçün, bəşəriyyət üçün kəşflər edib xeyriyyə işləri görəndə nə yazıq ki, bizimkilər də qəbristanıqda şöhrət yarışına girirlər".
T.İrfan nəzərə çatdırıb ki, İslam dininə görə hündür qəbir daşları və qəbrə şəkil vurmaq bütpərəstlik əlamətidir və haramdır. Əlavə edib ki, din xadimləri də bunu əhalidən gizlətdikləri üçün bu günaha şərikdirlər:
"Bəzi mollalar maddi maraq naminə buna etiraz etmirlər.Ona görə molla da onun bahalı daş və şəkil qoymasına nəsə demir. İmanını satmayan din xadimləri isə çox azdır. Ümumiyyətlə ziyalılar, ağsaqqallar və sağlam din xadimləri bu haqda maarifləndirmə aparmalıdır, dinin hökmünü bəyan etməlidir. Standart qəbir daşları, eyni və sadə formada qəbirlər olmalıdır. Bunun üçün də aidiyyəti dövlət qurumu qərar verib, icrası üçün də ciddi nəzarət həyata keçirməlidir".
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakı Qara dəniz-Xəzər regionunda nəqliyyat dəhlizlərinin gələcəyinə həsr olunmuş beynəlxalq foruma ev sahibliyi edəcək
-
Ötən il Azərbaycanda vergi cinayətləri ilə bağlı 2131 iş olub
-
Yeni binalarda parklanma qaydası: Hər mənzilə neçə maşın yeri düşür?
-
Ağcaqanadlar bu insanları daha çox sancır - Səbəbi məlum oldu
-
Təhsil sənədləri artıq myGov-da
-
Sabah çimərliklərdə hava şəraiti necə olacaq?
XƏBƏR LENTİ
-
Balakəndəki ağır qəzada ölənlərin (Fotoları)
-
İçərişəhərdə utancverici mənzərə ilə bağlı tədbir görüldü - (Foto)
-
“Euronews” Qəbələ musiqi festivalından reportaj hazırlayıb (Video)
-
"Neftçi" klub tarixinin ən bahalı satışını edir - FOTO
-
Nazir Kənan Aşurova yüksək vəzifə verdi
-
Azərbaycan və ABŞ strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə edib (Foto)
-
Andraş Baka Macarıstanın yeni prezidenti seçilib
-
Göygöldə 64 yaşlı kişi çaya düşərək öldü
-
Lənkəranda itkin düşən iki qohumun meyiti meşəlikdən tapıldı
-
Çexiyada quraqlıq kritik həddə çatıb: Çaylar quruyur
-
Bakıda ötən il itkin düşən qadının qətlə yetirildiyi məlum oldu - Oğlu saxlanıldı
-
Oman körfəzində konteyner gəmisinə raket hücumu olub
-
Bakı Qara dəniz-Xəzər regionunda nəqliyyat dəhlizlərinin gələcəyinə həsr olunmuş beynəlxalq foruma ev sahibliyi edəcək
-
İraqda 6 milyon silah üçün vahid məlumat bazası yaradıldı
-
"50 manat maaş alırdım, onu da yola verirdim" - (Video)
-
Ötən il Azərbaycanda vergi cinayətləri ilə bağlı 2131 iş olub
-
Yeni binalarda parklanma qaydası: Hər mənzilə neçə maşın yeri düşür?
-
Kobaxidze: “Gürcüstan ərazisini işğal edən yeganə tərəf Rusiyadır”
-
Rəqsanə görünüşünü dəyişdirdi - (Foto-Video)
-
Rusiya Ukrayna ordusunun itkiləri ilə bağlı yeni rəqəmlər açıqlayıb
-
Livan ölüm hökmünü ləğv etdi
-
Bakıda usta işlədiyi evdən 10 min manatlıq qızıl oğurlandı
-
21 kiloqram arıqlayan müğənni Leyla sirrini açıqladı - (Video)
-
Ağcaqanadlar bu insanları daha çox sancır - Səbəbi məlum oldu





