Şou-biznes

Azərbaycanlı müğənni tanınmış iş adamından olan 3 yaşlı oğlu ilə - VİDEO

17 Dekabr 2025 13:00
Baxış: 1 995
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Vəfa Şərifovanın 3 yaşlı oğlu Məhəmmədlə efirdə görüntüləri izləyicilərin marağına səbəb olub.

Milli.Az xəbər verir ki, sənətçi "Rəngarəng" verilişində ilk dəfə olaraq oğlunu efirə çıxarıb. Ana və balanın səmimi, duyğulu anları diqqət mərkəzində olub.

Qeyd edilir ki, Vəfa Şərifova oğlunun efirə gətiriləcəyindən xəbərsiz olub. Bu xoş sürpriz sənətçini kövrəldib və o, canlı yayım zamanı emosional anlar yaşayıb.

Ana-bala arasındakı isti münasibət və təbii görüntülər izləyicilər tərəfindən rəğbətlə qarşılanıb.

Xatırladaq ki, Vəfa Şərifova övladlarının atasının Famil adlı tanınmış iş adamının olduğunu bildirmişdi.

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.