Ölkə

Partiya sədrinin nəvəsinin ölüm səbəbi bilindi - YENİLƏNİB

17 Dekabr 2025 22:36
Baxış: 828
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsi ürəktutmasından vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya ailəsindən xəbər verilib.

Partiya sədrinin nəvəsi Fəttayev Müşfiq Mirmehdi oğlu bu gün saat 20.00 radələrində avtomobildə olarkən özünü pis hiss edib. Həmin vaxt avtomobildə olan ailə üzvləri onu Sumqayıtda xəstəxananın təcili yardım şöbəsinə aparıblar. Ancaq həkimlərin səyinə baxmayaraq, Müşfiq Fəttayev həyatını itirib.

Müşfiq Fəttayev Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi olub.
Qeyd edək ki, Mirmahmud Mirəlioğlunun oğlu, 11-ci sinif şagirdi olan Mircəlil Fəttayev 2009 oktyabrın 2-də, 28 yaşlı qızı Mahirə Fəttayeva 11 iyun 2012-ci ildə ürəktutmasından vəfat edib.

-------------

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərində 18 yaşlı gəncin meyiti aşkarlanıb. 

Milli.Az xəbər verir ki, hadisə şəhərin 30-cu məhəllə ərazisində qeydə alınıb.

Məlumata görə, həmin ərazidə yaşayan 2007-ci il təvəllüdlü Fəttayev Müşfiq Mirmehdi oğlunun cansız bədəni yaxınları tərəfindən tapılıb. Hadisə barədə dərhal təcili tibbi yardıma məlumat verilib. Əraziyə gələn həkimlər gəncin artıq həyatını itirdiyini müəyyən ediblər.

Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, əraziyə baxış keçirilib. Ölümün dəqiq səbəbinin müəyyən edilməsi məqsədilə meyit müvafiq ekspertizaya göndərilib.

Qeyd edək ki, vəfat edən gənc Azərbaycanda tanınmış partiya sədri Mirmahmud Fəttayevin nəvəsidir. Məlumata görə, partiya sədrinin oğlu Mirmehdi Fəttayevin iki övladı var. Onlardan böyüyü 18 yaşlı Müşfiq Fəttayev, kiçik oğlu isə hələ məktəblidir.

Hadisənin təfərrüatları barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib. /Denmedia.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.