İdman

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olundu - FOTO

17 Dekabr 2025 08:30
Baxış: 313
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı şəhəri 2026-cı il üçün rəsmi olaraq "Dünya İdman Paytaxtı" elan edilib.

Milli.Az-ın məlumatına görə, bu əlamətdar hadisə ilə bağlı dekabrın 16-da rəsmi mərasim təşkil olunub. Tədbirdə dövlət qurumlarının nümayəndələri, eləcə də Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının (ACES) rəhbər şəxsləri iştirak ediblər. Mərasim çərçivəsində "Dünya İdman Paytaxtları"na həsr olunmuş xatirə lövhəsi rəsmi şəkildə imzalanıb və bu titul Monakodan Bakıya təhvil verilib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtın "Dünyanın İdman Paytaxtı" seçilməsini mühüm və sevindirici hadisə kimi qiymətləndirib. O bildirib ki, Prezident İlham Əliyevin idmana göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində Azərbaycanda, o cümlədən bölgələrdə idmanın inkişafı sürətlə davam edir.

Gənclər və idman naziri Fərid Qayıbov çıxışında Azərbaycanın indiyədək çoxsaylı nüfuzlu beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi etdiyini xatırladıb. Nazir qeyd edib ki, qarşıdakı ildə Bakıda daha maraqlı və mötəbər idman tədbirlərinin keçirilməsi nəzərdə tutulur.

ACES-in prezidenti Can Fransisko Lupattelli isə Bakının idmanın inkişafına daim açıq şəhər olduğunu vurğulayıb. Onun sözlərinə görə, paytaxt müasir və keyfiyyətli idman infrastrukturu ilə hər zaman seçilib.

Qeyd edək ki, "İdman Paytaxtı" layihəsi Brüsseldə yerləşən qeyri-kommersiya assosiasiyası olan ACES tərəfindən həyata keçirilir. Təşkilat hər il müxtəlif qitələrdən olan şəhərlərə "İdman Paytaxtı" titulları və idman sahəsi üzrə mükafatlar təqdim edir. Bu mükafatlar etik prinsiplərə əsaslanır və cəmiyyətin sosial inteqrasiyasına, psixofiziki sağlamlığına və həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir. ACES eyni zamanda Avropa Komissiyasının Avropa İdman Həftəsinin və UNESCO-nun rəsmi tərəfdaşlarından biridir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.