Ölkə

Hərbi Hava Qüvvələrinin xidməti-döyüş fəaliyyəti yoxlanılıb - FOTO

17 Dekabr 2025 20:24
Baxış: 289
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi hissələrində olaraq şəxsi heyətlə görüşüb, xidməti-döyüş fəaliyyətini və qışa hazırlıq işlərinin keyfiyyətini yoxlayıb.

Milli.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, şəxsi heyətlə görüş zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzda aparılan uğurlu islahatlar çərçivəsində yüksək döyüş qabiliyyətli hərbi hissələrin formalaşdırılması və onların müasir hərbi vasitələrlə təchiz edilməsinə nail olunduğu vurğulanıb, peşəkar kadrların hazırlanmasına bundan sonra da xüsusi diqqət yetiriləcəyi qeyd edilib.

HHQ komandanı tədris müddətində döyüş hazırlığı və şəxsi heyətin peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi, sərəncamda olan müasir silah-texnikaların praktiki mənimsənilməsi məqsədilə təlim və məşqlərin intensivliyinin, eləcə də keyfiyyətinin artırılması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.