İdman

"Beşiktaş" 2 futbolçu ilə yollarını ayırır - FOTO

17 Dekabr 2025 16:15
Baxış: 324
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Beşiktaş" heyət planlamasında ciddi qərarlar verib.

Milli.Az xəbər verir ki, baş məşqçi Sergen Yalçının tələbi ilə iki futbolçunun komandada qalmayacağı dəqiqləşib.

Klub rəhbərliyi icarə əsasında "Benfika"dan gətirilən çexiyalı sol cinah müdafiəçisi David Jurasek üçün satınalma opsiyasından imtina edib. Futbolçunun agentinə müqavilənin ləğv ediləcəyi artıq bildirilib.

Digər ayrılıq isə norveçli sağ cinah müdafiəçisi Jonas Svensson ilə bağlıdır. Texniki heyət Svenssonun mövsümün sonunu gözləmədən göndərilməsini məqsədəuyğun sayır. Rəhbərliyin yaxın günlərdə oyunçunun nümayəndələri ilə müqaviləyə xitam verilməsi üçün danışıqlara başlayacağı gözlənilir.

Beləliklə, "Beşiktaş" yeni transferlərə yer açmaq üçün heyətdə "təmizləmə" prosesinə start verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.