Hadisə

4-cü sinif şagirdinin gözünə qayçı ilə xəsarət yetirdi - YENİLƏNİB

17 Dekabr 2025 19:45
Baxış: 1 595
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncədə İsmət Qayıbov adına 1 nömrəli orta məktəbdə dördüncü sinif şagirdi göz nahiyəsindən xəsarət alıb.

Milli.Az xəbər verir ki, ilkin ehtimallara görə, hadisə ehtiyatsızlıq səbəbindən baş verib.

Məlumata görə, dördüncü sinif şagirdi digər məktəbli yoldaşının qayçı ilə ehtiyatsız davranışı nəticəsində gözündən xəsarət alıb.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 17-si saat 14:10-da 2016-cı il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Oftalmologiya şöbəsinə hospitalizasiya olunub:

"Sol gözün travması, dərin korneoskleral yaralanma, qişaların çölə çıxması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxs daha ixtisaslı tibbi xidmət almaq üçün Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə təxliyə olunub".

Qeyd edək ki, məsələ ilə bağlı ilk məlumatı "Qafqazinfo" saytı yayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.