Hazırda 15 özəl şirkətin müdafiə sənayesi sahəsindədə lisenziya əsasında fəaliyyət göstərir.
Milli.Az xəbər verir ki, bunu müdafiə sənayesi naziri Vüqar Mustafayev "Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı: 20 illik inkişaf yolu" adlı tədbirdə çıxışı zamanı bildirib.
Nazir bu şirkətlərin dron texnologiyaları, süni intellekt, elektronika, radio-elektron mübarizə, raket sistemləri və digər yüksək texnoloji istiqamətlər üzrə istehsal və tədqiqatlar apardıqlarını diqqətə çatdırıb.
Vüqar Mustafayev artıq bir sıra özəl şirkətlərin məhsullarının dövlət sifarişi çərçivəsində Silahlı Qüvvələrə təhvil verildiyini də vurğulayıb.
Milli.Az





