Ölkə

DİN şagirdlərə satılan məhsulu araşdırır

17 Dekabr 2025 22:24
Baxış: 465
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, məktəblilər arasında "snus" adlı saqqızabənzər, tütün tərkibli məhsul yayılıb.

Milli.Az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov "Qafqazinfo"ya bildirib ki, "Snus" adlandırılan məhsulun tərkibi və hüquqi statusu ilə araşdırmalar aparılır:

"Hazırda bu məhsulun narkotik vasitə və ya psixotrop maddə kimi qiymətləndirilməsi ilə bağlı ixtisaslaşmış ekspert rəyi yoxdur.

Bununla belə, tərkibində nikotin olan məhsulların, tütün məmulatlarının yetkinlik yaşına çatmayan şəxslərə satışı qanunvericiliyin tələblərinə ziddir və polis orqanları tərəfindən bu istiqamətdə profilaktik və nəzarət tədbirləri həyata keçirilir.

Zərərli vərdişlərin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən ticarət obyektlərində və məktəblər ətrafında müvafiq yoxlama və nəzarət fəaliyyəti davam etdirilir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.