İdman

Dünya rekordunun sahibi oldu

9 Sentyabr 2023 13:49
Baxış: 967
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Norveç atleti Yakob İnqebrigtsen Brilyant Liqasının Brüssel mərhələsində 2000 metr məsafəyə qaçışda yeni dünya rekordu müəyyənləşdirib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, o, məsafəni 4 dəqiqə 43,13 saniyəyə qət edib.

Bundan əvvəlki dünya rekordu (4 dəqiqə 44,79 saniyə) mərakeşli Hişam əl Geruja məxsus olub və 1999-cu ildə qeydə alınıb.

Qeyd edək ki, İnqebrigtsenin 22 yaşı var. O, 1500 metr məsafəyə qaçışda Olimpiya çempionu və 5000 metr məsafəyə qaçışda ikiqat dünya çempionudur (2022, 2023). İdmançı həmçinin dördqat Avropa çempionudur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.