İdman

Messinin cangüdəni fenomen oldu: Lazım olanda meydana da girir - VİDEO

24 Avqust 2023 15:39
Baxış: 2 054
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu yay Fransanın PSJ klubundan ABŞ-nin "İnter Mayami"sinə keçən Lionel Messi cangüdənin müşayiəti ilə gəzməyə başlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə böyük marağa səbəb olub. Məlumata görə, Mayamidə futbolçuya diqqətin çox olması onu cangüdənlə gəzməyə vadar edib.

Maraqlıdır ki, cangüdən işi ilə bağlı ifrata varıb. O, Messini hətta meydanda da tək buraxmır. Cangüdən məşqçi kimi meydançanın kənarında argentinalı ulduza yaxın yerlərdə hərəkət edir, lazım gəldikdə meydana çıxıb qazonda Lioneli müşayiət etməyə başlayır.

Qeyd edək ki, Messi "İnter Mayami" karyerasına uğurlu start verib. Forvard ABŞ klubunda səkkiz matçda 10 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin, MLS ("Major League Soccer") və Meksika çempionatının komandalarının iştirak etdiyi Liqa Kubokunun qalibi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.