İdman

"Fənərbaxça"dan Zahaya rekord təklif

21 İyul 2023 23:38
Baxış: 2 874
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Super Liqasında transfer dövrünün ən aktiv komandalarından olan "Fənərbaxça", Vilfred Zahanın transferində son nöqtə qoymaq istəyir.

Milli.Az Matc.az-a istrinadən xəbər verir ki, Rodriqo Bekao və Bartuğ Yılmazı heyətinə qatan "sarı-göylü" komandada bütün gözlər Vilfred Zahaya çevrilib.

Ali Koç və klub rəhbərliyi ulduz futbolçunun transferi üçün bütün mümkün vasitələrdən istifadə etmək qərarına gəlib.

"Fənərbağça"nın Zahaya təklif etdiyi imza bonusu və məvacibin çox böyük rəqəmlər olduğu bildirilir. Fil Dişi Sahilli futbolçunun bu təklifi qəbul edəcəyi təqdirdə İstanbul klubunun tarixinə düşəcəyi məlum olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.