İdman

Matç kütləvi dava ilə bitdi: 7 qırmızı vərəqə - VİDEO

8 May 2023 18:24
Baxış: 1 483
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Argentina çempionatının 15-ci turunun "Boka Xuniors" və "River Pleyt" komandaları arasında keçirilən paytaxt derbisi ikinci hissənin əsas vaxtında penalti təyin edildikdən sonra futbolçular arasında kütləvi dava ilə yekunlaşıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, Buenos-Ayresdə "River Pleyt"in futbolçusu Miqel Borxa penaltini yerinə yetirərək komandasına 1:0 hesablı qələbə qazandırdıqdan sonra meydanda əvəzedicilərin iştirakı ilə əlbəyaxa dava düşüb.

Hakim yeddi qırmızı vərəqə göstərib və sakitliyi bərpa etmək təxminən 20 dəqiqə çəkib.

İki paytaxt komandası arasında keçirilən qarşılaşma onların tarixində 259-cu olub. Məlumata görə, bu derbi dünyanın ən prinsipial oyunu sayılır.

Bu mövsüm "River Pleyt" ölkə çempionatına başçılıq edir, "Boka Xuniors" isə 13-cü yerdədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.