İdman

Avstriyadan əzmkar, Fransadan çətin qələbə - VİDEO

28 Mart 2023 10:56
Baxış: 2 102
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa çempionatının seçmə mərhələsində ikinci turun oyunları keçirilir.

Milli.Az matc.az-a istinadən bildirir ki, ikinci oyun günündə 4 qrup üzrə 8 qarşılaşma keçirilib.

B qrupunda Fransa yığması İrlandiyanın qonağı olub və 3 xalı tək qolla qazanıb. İlk turda məhz fransızlara məğlub olmuş Niderland yığması isə Cəbəllütariqlə ev oyununda darmadağına sevinib.

E qrupunda Moldova Çexiyanı, Polşa isə Albaniyanı qəbul edib. Çexlərin səfərdə xal itirdiyi gündə Polşa yığması tək qolla ilk qələbəsini rəsmiləşdirib.

F qrupunda yer alan Azərbaycan millisi İsveçin qonağı olub və böyük hesabla uduzub. İlk turda millimizə qalib gəlmiş Avstriya yığması isə bu dəfə Estoniyanı sınağa çəkib. Hesabı qonaqların açdığı oyunda avstriyalılar əzmkar qələbəyə seviniblər.

G qrupunda da Macarıstan yığması doğma meydanda Bolqarıstanla, Monteneqro isə Serbiya ilə üz-üzə gəlib. Macarlar evdə 3, serblər isə səfərdə 2 cavabsız qolla qalib gəliblər.

AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 2-ci tur
27 mart

B qrupu

İrlandiya - Fransa 0:1
Qol: Pavar, 50.

Niderland - Cəbəllütariq 3:0
Qol: Depay, 23. Ake, 50; 82.

Xal: Fransa - 6. Yunanıstan - 3. Niderland - 3. İrlandiya - 0. Cəbəllütariq - 0.

E qrupu

Moldova - Çexiya 0:0

Polşa - Albaniya 1:0
Qol: Sviderski, 41.

Xal: Çexiya - 4. Polşa - 4. Moldova - 2. Farer adaları - 1. Albaniya - 0.

F qrupu

Avstriya - Estoniya 2:1
Qol: Kaynts, 68. Qreqoriç, 88 - Sappinen, 25.

İsveç - Azərbaycan 5:0
Qol: E.Forsberq, 38. B.Mustafazadə, 65-öz qapısına. V.Qyökeres, 79. Y.Karlsson, 88. A.Elanqa, 89.

Xal: Avstriya - 6. Belçika - 3. İsveç - 3. Estoniya - 0. Azərbaycan - 0.

G qrupu

Macarıstan - Bolqarıstan 3:0
Qol: Veçey, 7. Soboslai, 26. Adam, 39.

Monteneqro - Serbiya 0:2
Qol: Vlahoviç, 78; 90+6.

Xal: Serbiya - 6. Macarıstan - 3. Monteneqro - 3. Litva - 0. Bolqarıstan - 0.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.