İdman

Cokoviç 21-ci dəfə Böyük Dəbilqə turnirlərinin qalibi olub

10 İyul 2022 21:20
0 Şərh     Baxış: 1 021
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyanın 3 nömrəli raketka ustası serbiyalı Novak Cokoviç Uimbldon finalında avstraliyalı Nik Kiryosu məğlub edərək Böyük Dəbilqə turnirlərində 21-ci titulunu qazanıb.

Milli.Az "report"a istinadən bildirir ki, görüş Böyük Britaniyanın paytaxtı Londonda keçirilib.

Qarşılaşma 4:6, 6:3, 6:4, 7:6 (7:3) hesabı ilə turnirdə birinci nömrə altında çıxış edən N.Cokoviçin xeyrinə başa çatıb. Kiryos ispaniyalı Rafael Nadalın tərk etməsindən sonra avtomatik olaraq turnirin finalına yüksəlib.

Qeyd edək ki, N.Cokoviç 21-ci dəfə Böyük Dəbilqə turnirinin qalibi olub və bu göstəricidə Federeri (20) üstələyərək ikinci yeri tutub. Böyük Dəbilqə titullarının sayına görə lider Nadaldır (22).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.