İdman

"Penaltilər seriyasına hazırlaşmamışdıq" - Rəşad Sadıqov

30 Aprel 2022 08:33
0 Şərh     Baxış: 662
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Maraqlı, gərgin oyuna şahid olduq. Əsl kubok ab-havası oldu".

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun yarımfinal mərhələsində "Neftçi" ilə keçirilən cavab oyunu barədə danışarkən deyib.

İlk oyunda olduğu kimi, cavab matçında da rəqibi ilə qolsuz bərabərə qalan "Zirə" penaltilər seriyasında 4:2 hesabı ilə qalib gələrək, finalda "Qarabağ"a rəqib olub.

Qarşılaşmadan sonra gənc mütəxəssis fikrini bu sözlərlə davam etdirib: "Hər iki komanda taktiki mübarizə apardı. Qol epizodları çox olmadı. "Zirə" azarkeşlərini, rəhbərliyini təbrik edirəm. İlk dəfə finalda çıxış edəcəyik. İlk matçdakı ssenarinin davamına hazırlaşırdıq. 50-55-ci dəqiqədən sonra üstünlük "Neftçi"yə keçdi, topa nəzarəti itirmişdik. 5-3-2-dən 5-4-1 sisteminə keçdik. Ondan sonra komanda sanki nəfəs aldı, daha rahat oynamağa başladı. Oyunda gah bu, gah digər komanda üstün olurdu. Hər iki komanda qələbəyə layiq idi".

O, matçdan əvvəl penaltilər seriyasına hazırlaşmadıqlarını əlavə edib: "Heç hazırlıq görməmişdim. Məşqdə bir an fikirləşdim. Amma istəmədim futbolçularıma mesaj verim ki, biz 0:0 hesabına oynayacağıq. Komandanı qələbəyə kökləyirdik. Amma kimlərin penaltini necə vurduğu haqda məlumatımız var idi. Penalti elədir ki, dünya ulduzları da bəzən qaçırırlar. Bu üzdən hazırlaşmamışdıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.