İdman

Azərbaycan millisində kütləvi yoluxma - Toplanış ləğv olundu

2 Fevral 2022 09:18
0 Şərh     Baxış: 1 257
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının fevralın 3-dən 14-dək Belarusun paytaxtı Minskdə təşkil ediləcək beynəlxalq turnirdə iştirakı ləğv olunub.

Milli.Az xəbər verir ki, buna komandanın toplanışdan əvvəl təşkil olunan COVID-19 testində 6 futbolçu, 1 məşqçi və inzibati heyət üzvündə koronavirusun aşkarlanması səbəb olub.

Bu səbəbdən yığmanın fevralın 1-dən 3-dək Bakıda planlaşdırılmış toplanışı da ləğv edilib.

Qeyd edək ki, futbolçulardan Adəm Topalov, Həmzəli Mikayılov, Eşqin Əhmədov, Hacıəli Şirəliyev, Murad Məmmədov, Sənan Ağalarov COVİD-19-a yoluxub. Koronavirusa yoluxan məşqçi isə Aslan Kərimovdur. İnzibatçı Ehtiram Abbasov da eyni aqibətlə üzləşib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.