Cəmiyyət

Tovuzda avtomobil keçidi tikən şirkətlə sahibkar arasında qalmaqal: Kompensasiya ödəniləcəkmi? - VİDEO

17 Avqust 2021 17:42
0 Şərh     Baxış: 1 039
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tovuz şəhərinin Rövşən Məmmədov küçəsində yeraltı avtomobil keçidi və piyada keçidinin inşası aparılır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, tikinti gedən ərazidə bir neçə obyekt və yaşayış evi layihə üzrə plana düşüb. Belə obyektlərdən biri də həmin küçədə yaşayan Süleyman Abdullayevə məxsusdur. Ərazidə tikinti aparan şirkətin rəsmiləri vətəndaşa məxsus mağazanın plana düşdüyünü və buranın kompensasiya qarşılığında söküləcəyi ilə bağlı ona şifahi məlumat veriblər.

Tikinti şirkətinin kompensasiya ilə bağlı şifahi məlumatından sonra vətəndaş obyektlərinin fəaliyyətini dayandırıb. O, aylar sonra öyrənib ki, obyektləri layihədən çıxarılıb. Bununla bağlı şirkətin rəsmilərinə üz tutub. Podratçı şirkətin məsələyə yanaşması vətəndaşı qane etmir. Süleyman Abdullayev ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir.

Məsələ ilə bağlı şirkətin ərazi üzrə sahə rəisi Mahir Göyüşovla əlaqə saxladıq. O dedi ki, obyektlərin sonradan plandan çıxarılması doğrudur, amma mağazaların giriş-çıxış imkanları məhdudlaşdırılmadığından kompensasiya ödənilməyəcək. Obyekt sahibi eyni zamanda Tovuz Rayon İcra Hakimiyyətinə də yazılı müraciət edib. Qurumun memarlıq və tikinti şöbəsindən bildirilib ki, "əgər obyekt nə vaxtsa sökülərsə, o zaman kompensasiya ödənilə bilər".

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.