Cəmiyyət

Daşkəsəndə piyadalarla bağlı reyd keçirilib - FOTO

11 Avqust 2021 07:53
0 Şərh     Baxış: 537
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində nəqliyyatın sıx olduğu yerlərdə profilaktiki tədbirlər həyata keçirilib.

Milli.Az bildirir ki, polis əməkdaşları tərəfindən piyada keçidlərindən istifadə etməyən şəxslər saxlanılıb və onlarla profilaktik söhbətlər aparılıb. Bu kimi qayda pozuntularının onların həm özləri, həm də digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükəli olduğu izah edilib.

Edilən xəbərdarlıqlara baxmayaraq, yolun piyadalar üçün nəzərdə tutulan hissəsindən keçməyən 15 nəfər barəsində müvafiq tədbir görülüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.