Cəmiyyət

"Qızıl-Baş" kafesi bağlandı

9 İyul 2021 19:28
Baxış: 801
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, İ. Zülfüqarov küçəsi 89-91 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Abıyeva Rəxşəndə Allahverdi qızına məxsus "Qızıl-Baş" kafesində yoxlama keçirilib.

AQTA-dan Milli.Az-a verilən məlumata görə, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl olunmadığı və temperatur rejiminə riayət edilmədiyi, dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin aparılmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi müəyyən olunub. Həmçinin müəssisədə markalanmasına dair etiket məlumatları olmayan və mənşəyi məlum olmayan süd məhsulları (qatıq, şor), mal qonşuluğu prinsipinə və temperatur rejiminə riayət edilmədən saxlanılan xırdabuynuzlu heyvan ətləri və yarımfabrikatlar aşkar edilib.

Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.