Cəmiyyət

Bakıda “Bazarstore”da güclü yanğın - FOTO

3 İyun 2021 07:24
Baxış: 6 070
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünən axşam Bakının Yasamal rayonu ərazisində yerləşən "Bazarstore" mağazalar şəbəkəsinin filialında güclü yanğın olub.

Hadisə yerinə FHN-in yanğınsöndürənlərinin cəlb olunduğu, yanğın nəticəsində xəsarət alanın olmadığı bildirilir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu 8 ünvanında yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. İlkin məlumata əsasən, marketə aid ümumi sahəsi 24 m² olan, dəmir konstruksiyalardan ibarət saxlanma yerində karton tullantıları və pəncərə çərçivəsi 8 m² sahədə yanıb. Yüksək temperaturdan kondisioner və generator qarsalanıb.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq saat 23:55-də tam söndürülüb. Market yanğından mühafizə olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.