Cəmiyyət

Kür çayının 53 kilometri təmizlənib - FOTO

29 Aprel 2021 14:44
Baxış: 641
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kür çayının 53 kilometrdən artıq sahəsi sintetik torlardan təmizlənib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən "Təmiz hövzələr" aksiyası çərçivəsində növbəti tədbir Kür çayının Bərdə və Ağcabədi rayonları ərazisindən keçən hissəsində baş tutub.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov qeyd edib ki, aksiyada məqsəd ölkənin su hövzələrində nəzarət tədbirlərini intensivləşdirmək, sivil balıq ovunu təşviq etmək, brakonyerliklə mübarizəyə daha geniş kütləni cəlb etməklə balıq ehtiyatlarının çoxalmasına nail olmaqdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory