Cəmiyyət

''Ağıllı kənd'' layihəsi nə vəd edir? - VİDEO

22 Aprel 2021 12:44
Baxış: 1 398
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İşğaldan azad edilmiş rayonlarda icra ediləcək ''Ağıllı kənd'' layihəsi bir sıra sahələr üçün yeni eranın başlanğıcı olacaq.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, ilkin olaraq ərazinin enerji təminatının müasir standartlara uyğun şəkildə təşkili planlanır.

Layihədə alternativ enerji mənbələrindən istifadə prioritetdir.

Smart sistemlər üzrə mütəxəssis Aqil Ömərlinin sözlərinə görə, vətəndaşların rahatlığı üçün bütün imkanları özündə cəmləşdirən bu sistemdə yeniliklər aqrar sahəninin inkişafı üçün əhəmiyyətlidir. Suvarma prosesi yeni formada təşkil ediləcək. Əkin prosesi üçün uyğun temperatur, rütubət, torpaqdakı mineral elementlər avtomatik qaydada müəyyən ediləcək.

Aqil Ömərli bildirib ki, müasir istixanalardakı bənzər sistemin proqram təminatı ''Ağıllı kəndlər''dəkindən fərqli olaraq avtomatik deyil, aqronomlar vasitəsilə tənzimlənir.

Aqil Ömərli əlavə edib ki, layihə çərçivəsində evlərdəki əşyalar smartfonlar vasitəsilə idarə ediləcək. Qapıların açılıb-bağlanması, hansısa cihazı məsafədən işə salmaq və idarə etmək ağıllı sistemlərin əsas xüsusiyyətlərindən biridir. Sistemin idarə edilməsi hər bir evin bərpa olunan enerjisi hesabına başa gələcək.

Qeyd edək ki, ''Ağıllı kənd'' layihəsi ilk olaraq Zəngilanın Ağalı kəndində reallaşdırılacaq. Layihə 5 komponent üzrə həyata keçiriləcək. Bunlar yaşayış, istehsal, sosial xidmətlər, ağıllı kənd təsərrüfatı və alternativ enerji sahələrdir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.